Sentyabrın 10-da ABŞ-da təqdim edilmiş yeni iPhone 11 telefonları artıq Azərbaycana gətirilib.

“Marja” xəbər verir ki, satış şəbəkələrinin paylaşdığı məlumata görə, iPhone 11 telefonunun 128 GB versiyası 2899 manata, iPhone 11 Pro Max telefonunun 256 GB versiyası isə 3799 manata satılır. Bu qiymətlər Apple-ın satış qiymətlərindən 3 dəfədən çox yüksəkdir.

Belə ki, Apple-ın satış qiymətləri 128 GB iPhone 11 üçün 749 dollar, 256 GB iPhone 11 Pro Max üçün 1249 dollardır.

marjaaz1569130119i1.jpg

marjaaz1569130119i2.jpg