Bu ilin mart ayında Azərbaycanın ".az" domenində olan saytların hər 21-i nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.
 "Netcraft" analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ay ərzində Azərbaycan saytlarının 1850-yə yaxını fişinq hücumunun qurbanı olub ki, bu da ümumi qeydiyyatdan keçən saytların 4,7%-ni təşkil edir.
Cari ilin mart ayı ərzində fevral ilə müqayisədə fişinq hücumlarının sayında 19,6% azalma müşahidə olunub.
Qeyd edək ki, bu günə ".az" domenində 38,8 mindən çox sayt qeydiyyatdan keçib.
"Netcraft"ın məlumatına görə, ay ərzində Ukraynada hər 137, Rusiyada 97, Belarusda 599, Latviyada 96, Litvada 123, Estoniyada 548, Qazaxıstanda 346, Özbəkistanda 155, Tacikistanda 142, Qırğızıstanda 370, Gürcüstanda 159, Ermənistanda isə 257 sayta bir uğurlu fişinq hücumu düşüb.