Mobil telefonların dünya və Azərbaycan üzrə bazar payı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda “Global Stats” analitik şirkətinin məlumatında deyilir.

Məlumata görə, bu il Xiaomi-nin, Apple-ın, Huawei-in Azərbaycan üzrə bazar payında artım, Samsung-da isə əksinə azalma müşahidə olunur. 

Xiaomi-nin ölkə üzrə bazar payı 21,62%, Apple-ın 11,95%, Huawei-in 4,49%-ə çatıb. Samsung-un Azərbaycan üzrə bazar payı 2,32% azalsa da, 52,2%-lə ölkə üzrə ən yüksək səviyyədə qalıb. 

Samsung-un bazar payı dünya miqyasında da cüzi şəkildə azalaraq, 31,29%-ə düşüb. Apple-ın da bazar payında cüzi azalma müşahidə olunur (0,03%). 

Huawei-in və Xiaomi-nin  dünya üzrə bazar payında artım qeydə alınıb. TED