Azərbaycanda çap mediası ilə bağlı onlayn platforma yaradılması üçün texniki şərtlər hazırlanır.

Bu barədə açıqlamasında MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov bildirib. Ə. İsmayılovun sözlərinə görə, mütəxəssislər innovativ olaraq, artıq MEDİA ilə birlikdə işləyir: "Şərtlər toplusu hazır olduqdan, müvafiq qaydada tenderlər həyata keçirildikdən sonra qısa müddət ərzində “e-kiosk”, yaxud “e-qəzet” formatında olması düşünüləcək belə bir platformanı cəmiyyətin, ictimaiyyətin istifadəsinə verəcəyik".apa