İsmayıllı rayonunda yerləşən “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğundakı “Hacı Bədəl” məscidi bərpa olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.

Agentlik məscidin bərpasının 660 min manata başa gələcəyini ehtimal edir.

Qeyd edək ki, Hacı Bədəl məscidi 1854-cü ildə inşa olunub. Məscid XIX əsrin tarixi-memarlıq abidələrindən biri kimi dövlət tərəfindən qorunur.