Türkiyənin “Smart Over Yazılım" anonim şirkəti koronavirus (COVID-19) pandemiyasının başlamasından sonra yaratdığı “rəqəmsal vizit kart"ları qısa müddətdə Azərbaycan və Hollandiyaya ixrac edib.

NFC texnologiyası ilə işləyən yeni vizit kartlar çiplə təchiz olunub. Mobil telefonu həmim çipə yaxınlaşdırmaqla lazımi məlumatları əldə etmək, telefonun yaddaşında saxlamaq mümkündür. Əgər telefon NFC texnologiyasını dəstəkləməmirsə, bu zaman kartın üzərindəki QR kodu skan etməklə kart sahibi barədə məlumatları əldə etmək olar.

"Rəqəmsal vizit kart"ları Azərbaycanda 20, Hollandiyada isə 70 nşirkətə satmışıq", - deyə şirkətin həmtəsisçisi Faruk Çıbuk bildirib.