Bu ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 30 ölkəsinə 37,8 mln.  ABŞ dolları xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 0,8% artıb.

ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib.

Bu oktyabr ayında isə “Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,9 mln. dollar dəyərində xidmət ixrac edib ki, bu da sentyabr ayının göstəricisini 13 dəfədən çox üstələyib.

“Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-oktyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Birləşmiş Krallıq, Malayziya və BƏƏ-dir.