Azərbaycan və Çin arasında ölkəmizdə elektrikli avtobusların istehsal müəssisələrinin yaradılması müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Çinə səfər zamanı aparıcı nəqliyyat şirkətləri - “Yutong” və “Zhongtong”un rəhbərliyi ilə görüşdük. Bakı şəhərində mobilliyin təmin olunması istiqamətində həyata keçirilən layihələr çərçivəsində elektrikli avtobusların istifadəsi, eləcə də müvafiq şirkətlərin ölkəmizdə istehsal müəssisələri yaratması məsələlərini müzakirə etdik", - deyə o qeyd edib.