Avtomobil orta sinfində rəqabət qızışdı. Alman istehsalçı Audi, rəqibi BMW-nin yeni 3 seriyasının nümayişindən çox keçməmiş d-seqmentindəki təmsilçisi A4-ün kosmetikalanmış versiyasını sərgilədi.

Avtomobili sedan və furqon variantını nümayiş etdirən Audi, S4 və Allroad versiyalarının da kosmetikalı halını nümayiş etdirib. Markadan verilən məlumata görə, motor seçimləri də yenilənib. Yeniliyə əsasən ailənin ən performanslı üzvü olan S4-dəki turbo batareyalı V6 benzinli modulları ilə yanaşı, bu motora bərabər səviyyədə dizel modullarının da satışa çıxarılacağı bildirilib.

48v gücündə elektrikli motorun müşayiət etdiyi S4 TDI-nin 342 at gücü olduğu qeyd edilib. Avtomobilin 100 km/saat sürəti 4.8 saniyəyə yığdığı deyilir. Audi-dən verilən açıqlamada, elektriki kompressor sayəsində dizel S4-də, benzin mühərrikdə yaşanan turbo gecikmələri aradan qaldırıldığı bildirilib. Markanın 4 təkərli çəkiş sistemi Quattronun standart olduğu S4-də, 8 irəli avtomatik ötürülmə olduğu da vurğulanıb.

S4-ün A4 model ailəsinin yarım hibrid texnologiyasına məxsus tək versiyası olmayacağı da ifadə edilib. Bu xüsusda 148, 187 və 242 at gücündə benzin mühərrikli modellərin də sözügedən texnologiyaya qovuşduğu barədə məlumat verilib. Qarşıda isə 134 və 161 at gücünə sahib olan dizel mühərriklərin də yarım hibrid texnologiyası ilə satışa çıxarılacağı bildirilib.

12v güclü sistemin yer aldığı modellərdə, 20km/saat sürətə qədər avtomobil elektriklə işləyəcək. Xarici görünüşü və mühərrikində olan dəyişiklərdən əlavə, avtomobilin salonunda da bir sıra dəyişikliklər edilib. Belə ki, multimedia ekranını idarə edən düyməyə artıq yer verilməyib.

 

Mehman Nəbiyev