“Atasığorta” ASC ötən ili 947 min manat zərərlə başa vurub. Bu göstərici 2022-ci ilə nisbətən 65% çoxdur.

Bu barədə İqtisadiyyat.az quruma istinadən xəbər verir.

Hesabat dövründə sığorta şirkətinin gəlirləri 11,048 milyon manat təşkil edib. Şirkətin xərcləri isə 11,995 milyon manat olub.

Bu il yanvarın 1-nə “Atasığorta”nın aktivləri illik müqayisədə 11,9% artaraq 15,803 milyon manat olub.

Qeyd edək ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir.