"Ukraynaya silah yardımı məsələsində edə biləcəyimiz hər şeyi etmişik, lakin Çexiyanın artıq silah yardımı etmə imkanı yoxdur".

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel deyib. “Çexiya Ukraynaya silah tədarükündə bacardığı qədər kömək etdi, lakin onun artıq buna imkanı yoxdur”, - deyə o qeyd edib.

Prezident əlavə edib ki, Çexiya da işçi qüvvəsi çatışmazlığı səbəbindən sursat istehsalında problemlərlə üzləşə bilər.