"Hər bir şirkət, o cümlədən “Apple”, “Google” və s. bazara çıxmaq strategiyasını özü müəyyənləşdirərək həyata keçirir".

"Finans.az" xəbər verir ki, bunu “Visa”nın Qafqazdakı yeni regional direktoru Kristina Doros deyib. O bildirib ki, qərar verərkən də ödənişlər bazarının, o cümlədən tokenləşmə texnologiyasının nə dərəcədə vüsət almasına xüsusi diqqət yetirir: "Yəni tokenləşmə yoxdursa, “ApplePay” sistemini tətbiq etmək qeyri-mümkündür. Odur ki, Azərbaycanda tokenləşmənin tətbiqini biz üçüncü tərəflərin rəqəmsal partmanatlarına doğru irəliləyişində ilk addım hesab edirik. Birgə səylərlə buna nail olacağımıza əminəm".