"Fortune" jurnalı hər il olduğu kimi dünyanın ən dəyərli 500 şirkəti siyahısını nəşr edib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, dünya tarixində ilk dəfə ABŞ mərkəzli şirkətlər Çin mərkəzli şirkətləri geridə qoyub. Belə ki, siyahıda 121 Çin mərkəzli şirkət, 129 ABŞ mərkəzli şirkət yer alıb.

Mobil şirkətlər arasında isə "Apple" liderliyini qoruyaraq ümumi cədvəldə 11-ci sırada yer alıb. 15-ci sırada "Samsung", 37-ci sırada isə "Google"un təsisçi şirkəti "Alphabet" qərarlaşıb. Son illərdə sürətlə məşhurlaşan "Xiaomi" isə ilk dəfə daxil olduğu siyahıda 468-ci sırada yer alıb.

fortune-global-500-listesi.jpg

Qeyd edək ki, 1990-cı ildən bəri yayımlanan siyahı şirkətlərin son 12 aylıq gəlirlərinə əsasən tərtib olunur.