“Apple”ın bir qrup işçisi şirkətə etiraz əlaməti olaraq tətil elan edib və insanları “Apple” məhsullarını almamağa çağırıb.

Texnologiya nəhənginin işçiləri “Apple”dakı iş şəraitindən, cinsi və irqi ayrı-seçkiliyindən narazıdırlar.

Onlar kollektivdə normal iş mühitinin təmin edilməsini və ehtiyacı olan işçilərə psixoloji yardım göstərilməsini, həmçinin ödənişli xəstəlik məzuniyyəti tələb edirlər.