"Apple" təhlükəsizlik səbəbiylə unikal "AirDrop" paylaşma funksiyasını təkmilləşdirir.
Texnologiya nəhəngi Apple, ötən həftə iPhone istifadəçilərinin böyük maraqla gözlədiyi iOS 16.1-i təqdim etdi. 

Apple AirDrop üçün yeni qərar qəbul edib. Şirkət simsiz fayl paylaşma xüsusiyyəti olan AirDrop-a vaxt məhdudiyyəti qoyub. Belə ki, iPhone istifadəçiləri hər 10 dəqiqədən bir AirDrop-u yenidən aktivləşdirməli olacaqlar. Bu funksiya hazırda yalnız iOS 16.1 ilə Çində mövcuddur. Bununla belə, şirkət bu funksiyanı qloballaşdırmaq niyyətindədir. 
Məhdudiyyət məlumatın məxfiliyini təşkil edir. Məlum olduğu kimi, AirDrop istifadəçilərə digər istifadəçilərdən şəkillər və videolar da daxil olmaqla bütün növ faylları qəbul etməyə imkan verir. 

Məhəbbət Məmmədov