“Apple” şirkəti “Apple Watch” üçün “iOS 14.3” və “watchOS 7.2” yenilənmə versiyalarında əlyetən olan əhəmiyyətli yenilik barədə məlumat verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, artıq “Apple” saatları ürək dözümlülüyünü ölçə biləcək.

Belə ki, artıq ağıllı saat sahibləri “iPhone”da “Sağlamlıq” tətbiqetməsində ürək dözümlülüyü səviyyəsinə dair məlumatlara baxa biləcəklər. Bundan əlavə, “Apple Watch” insanın ürək dözümlülüyü aşağı olduqda xəbərdarlıq edəcək və onu yüksəltmək üçün tövsiyələr verəcək.

Kardiodözümlülüyü ölçmək üçün optik ürək ritmi sensoru, GPS, akselerometr və digər sensorlardan istifadə olunur. Saat gün ərzində gəzinti zamanı göstəricini izləyir- istifadəçinin idman edib-etməməsindən asılı olmayaraq. Bu, intensiv qaydada məşq edə bilməyən istifadəçilər üçün xüsusilə faydalıdır.