“Apple” və “Amazon” bir sıra bazarlarda rəqibdirlər, lakin onlar arasında yaxın iş münasibətləri də var: bu məsələyə dair xəbər verənlərə istinadən, bildirilmişdi ki, “Apple” öz rəqibinə AWS bulud xidmətlərindən istifadə üçün ayda 30 milyon dollardan artıq vəsait ödəyir. Xərclər cari səviyyədə qaldığı halda, illik xərc  360 milyon dollar təşkil edəcək.

İqtisadiyyat.Az xəbər verir ki, mənbənin sözlərinə görə, bu xərclər şirkətin çevikliyindən xəbər verir.

Nəzərə almaq lazımdır ki, hal-hazırda qlobal smartfon bazarı demək olar ki, doymaq üzrədir. Belə bir şəraitdə “Apple” öz diqqətini daha çox onlayn xidmətlər üzərində cəmləşdirməyə çalışır. Məlumdur ki, şirkət artıq çoxdadır iPhone və digər aparat cihazlarının satış həcminə dair heç bir açıqlama vermir. “Apple” öz fəaliyyətini iOS App Store, AppleCare, Apple Pay və iCloud kimi xidmətlərin inkişafına yönəldib.

Şirkət öz infrastrukturun yaradılmasına sərmayə qoyur: 2018-ci ilin yanvarında “Apple” beş il ərzində ABŞ-da 10 milyard dollar məlumat emalı mərkəzlərinin yaradılmasına ayırmağı planlaşdırır. Dekabr ayında şirkət bu məbləğin 4,5 milyard dollarlıq hissəsini 2019-cu il ərzində xərcləmək niyyətində olduğunu açıqlayıb.

Mənbədən alınan məlumata görə, bir müddət əvvəl “Apple” AWS-ə ən az 1,5 milyard ABŞ dolları məbləğində sərf etmək barədə razılığa imza atıb. Müqayisə üçün: son maliyyə ilində  bütün əməliyyat xərcləri 30,94 milyard dollar təşkil edib.

AWS xidməti “Amazon” şirkətinin illik gəlirinin 11% -ni və əməliyyat gəlirinin 59%-ni təşkil edir.