"Apple" media və yayım üzrə yeni xidmətini təqdim etdi.

İqtisadiyyat.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət Kupertino mərkəzindəki "Steve Jobs Theater"də təşkil olunan tədbirdə "Netflix"ə rəqib olan yeni xidmətini tanıdıb. 

Tətbiq halına gətirilən platformanın adı "Apple TV+" olaraq müəyyən olunub.

Məlumata görə, "Netflix"də olduğu kimi reklamsız, onlayn və oflayn izləmə imkanı verən "Apple TV+" payıza qədər 100-dən çox ölkədə istifadəyə veriləcək.

"Apple TV+" "iPone", "iPad" və "Mac"larla bərabər "Samsung", "Sony", "LG" ve "Vizio" ilə aparılan danışıqlar sayəsində bu şirkətlərə məxsus televizorlar da yayımlana biləcək.