Məhkəmə çəkişmələrindən başı açılmayan “Apple” şirkətinə qarşı növbəti iddia irəli sürülüb.

İqtisadiyyat.Az Chip.az-a istinadən xəbər verir ki, cihazı işə salmaq üçün nəzərdə tutulan düymənin işləməsində yaranan problemlər vəziyyəti bu həddə gətirib çıxarıb.  İddialara görə buna baxmayaraq şirkət qüsurlu məhsulları satmağa davam edib.  Aparılan istintaqların nəticəsi olaraq iPhone 4, iPhone 4s və iPhone 5 modelləri  ətrafında araşdırmalar edilməsinə qərar verildi.

Buraya 2010 və 2016-cı illər arasında satın alınan iPhone modelləri daxildir. Eyni zamanda yalnız Kaliforniya əyalətinin vətəndaşlarına aid edilir. Beləliklə 24 İyun 2010 və 10 Oktyabr 2011 tarixləri arasında iPhone 4, 11 oktyabr 2011 və 20 sentyabr 2012 tarixləri arasında iPhone 4s, 1 aprel 2013-cü ildən 31 Mart 2016-cı ilə qədər İphone 5 modelini satın almış istifadəçilər siyahıda yer alıb. “Apple”nin təmir proqramı ilə sözü gedən qüsuru aradan qaldırmış iPhone sahibləri isə iddiada iştirak edə bilməzlər.