“Appleİnsider”-in yeni sənədində, köhnə Mac kompüterlərinin Zombieload tipli viruslara qarşı hələ də müqavimətsiz ola biləcəyi yer alır. İqtisadiyyat.Az xarici mediaya istinadən bildirir ki, apple-nin rəsmi saytında yer alan açıqlamada da, 2011-dən daha köhnə kompüterlərin, oxşar hücumlara qarşı müqavimət potensialının olmadığı bildirilmişdi.

Apple-nin rəsmi saytında mövzu ilə bağlı olaraq, “Bu modellər mac0S Mojave, High Sierra və yaxud Sierradakı təhlükəsizlik kodlarını ala bilir, ancaq İntelin mikro kod yenilənmələrinin olmamasından ortaya çıxan təmirləri dəstəkləmir” ifadələri yer alır. Bu cür hücumların sistem performansını 40%-a qədər azalda biləcəyi də verilən məlumatlar arasındadır.