Ötən gün qiymətli kağızlar bazarında “Apple”ın bazar qiyməti 8 faiz azaldığından şirkət 180 milyard dollar itirib.

Bu, ABŞ bazarının tarixində qeydə alınan ən böyük günlük antirekorddur. Buna baxmayaraq, “Apple”ın kapitallaşması hələ də 2 trilyon dollardan çoxdur.
Qeyd edək ki, bundan əvvəlki antirekord “Cambridge Analytica” skandalı fonunda mənfi maliyyə proqnozları səbəbindən 2018-ci ilin iyun ayında bazar dəyəri 119 milyard dollar azalan “Facebook tərəfindən qoyulmuşdu.qafqazinfo