Hazırlanan bir sorğuya əsasən, koronavirusa yoluxmuş insan sayında brinci yerdə olan ABŞ-da pandemiyanın bitdiyi düşünülür. 34,5 milyon xəstənin qeydə alındığı ABŞ-da hər 10 nəfərdən 3-ü pandemiyanın bitdiyini söyləyir.

Vaşinqtonda yerləşən “Gallup” şirkəti tərəfindən hazırlanan sorğuda Amerikalıların 29%-i pandemiyanın bitdiyini, 71%-i isə bitmədiyini söyləyib.

Ancaq 62%-ə görə həyat biraz normallaşıb, 71% isə hələ də məhdudiyyətlərin və çətinliklərin olduğunu bildirib. Facemark