İnternet şəbəkədə yeni Amazfit X ağıllı saatlarının satışa çıxmasının təxmini vaxtı açıqlanıb.

İqtisadiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, bu cihaz öz sələfindən ekranın əyilmiş olması ilə fərqlənir. Artıq 2020-ci ilin ikinci yarısında qacetin çıxışı reallaşa bilər. Hazırda bu seqmentə kifayət qədər yüksək tələbat var və bu səbəbdən istifadəçilər üçün imkanların genişləndirilməsi planlaşdırılır. Bundan əlavə, ağıllı saatların hazırki aktual modelləri əyilmiş ekranlara malik deyil, Amazfit X isə müştərilər üçün ən unikal və cəlbedici ola bilər.

Yeniliyin ekran diaqonalı yüksək göstəricili 2,07 düym təşkil edir. Amazfit X ağıllı saatının batareyasının həcmi 220 mAs-a bərabərdir ki, bunun sayəsində işləmə vaxtı bir həftəyə qədər artacaq.