Almaniyada şəxsi həyətdə avtomobili kimyəvi təmizləyicilər ilə yumaq qadağandır.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, Almaniyada  "Su Resursları" Qanunu qəbul olunub. 

Qanunun əsas mahiyyəti zəhərli və ya suyu çirkləndirən maddələrin yeraltı sulara qarışmasının qarşısını almaqdır. Qanuna əsasən, şəxsi avtomobilini yuyan sürücüləri cərimə gözləyir.

Cərimələrin icrası bələdiyyələrin üzərinə düşür. Ona görə də avtomobilini yumaq istəyənlər müvafiq ictimai təhlükəsizlik idarəsinə məlumat verməlidirlər.