Avropa Komissiyası (AK) “rəqəmsal suverenlik” əldə etmək üçün Avropa İttifaqında öz superkompüterlərinin istehsalına 8 milyard avro sərmayə yatırmaq niyyətindədir.

Bu barədə AK rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentinin iclasında Aİ-dəki işlərin vəziyyətinə dair illik çıxışı zamanı bildirib.

“Rəqəmsal suverenliyə nail olmaq üçün öz superkompüterlərimizin istehsalına 8 milyard avro sərmayə qoyacağımızı elan etməkdən məmnunam”, - o deyib.report