“Beat group” və “Cinema Plus” tariximizi incələyən daha bir layihəyə imza atıb. Söhbət “Histogram”dan gedir.

Oxu.Az xəbər verir ki, “Histogram” Azərbaycanda ağıllı telefonlar üçün təqdim olunan ilk sənədli serialdır.

Hər bölüm tariximizin taym-laynı üzərində ekskursiya növüdür. 

Layihə üç - Azərbaycan, rus və ingilis dilində işıq üzü görəcək. 13 dəqiqəlik serial “Youtube”, “İnstagram” hesablarında, eləcə də, “Histogram” saytında yayımlanacaq. Lahiyədə bir sıra tekrarolunmaz bədii filmlərimizdən klassik nümunələr yer alıb. 

“Histogram”da incəsənət nümünələri, eləcə də, Azərbaycan tarixinə böyük iz salmış məşhur sənətkarların ifaları təqdim olunub.