“AEŞ” Qapalı Səhmdar Cəmiyyəti ləğv olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə QSC elan edib.

Yeni qərarla “AEŞ” “ARAZ LTD” Məhdud Məhdud Müəssisəsinə qoşulub.

Bu qoşulma nəticəsində “ARAZ LTD” yenidən təşkil olunacaq.

Xatırladaq ki, “AEŞ” 2008-ci ildə 2 000 manat nizamnamə kapitalı ilə, "ARAZ LTD" isə 1999-cu ildə 100 000 manat nizamnamə kapitalı ilə yaradılıb. Hər iki şirkətin qanuni təmsilçisi Məmmədov Fərahim Elman oğludur.