ABŞ sosial şəbəkələrdə istifadəçilərin 350 milyardlıq paylaşımını özündə cəmləşdirəcək arxiv yaratmaq niyyətindədir.

Fins.az-a xəbər verir ki, bu barədə "Qazeta.ru" ölkənin Hərbi-Dəniz Nazirliyinin araşdırmasına əsasən məlumat verib.

Bildirilib ki, Vaşinqton bu cür arxivin yaradılması üçün 38,5 milyon dollar sərf etməyə hazırdır. Ora dünyanın 100 ölkəsindən azı 200 milyon unikal istifadəçinin paylaşımları, şərhləri daxil ediləcək. Arxivdə istifadəçinin adı və paylaşımı yerləşdirdiyi tarix göstəriləcək.

Qeyd olunur ki, belə arxiv ABŞ tərəfinə ictimai dinamikanın əsaslarını və kollektiv fikir bildirmənin yeni növlərini anlayaraq dil qruplarının təkamülünü modelləşdirmək üçün lazımdır.