Huawei-nin qara siyahıya alınmasından sonra, tətbiq olunan ticari məhdudlaşdırmaların bəziləri ABŞ ticarət nazirliyi tərəfindən 90 günlük təxirə salınıb. İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, Huawei-nin bu müddət ərzində ABŞ-da istehsal olunan bəzi məhsulları ala biləcəyi açıqlanıb.

ABŞ ticarət nazirliyinin verdiyi bu qərar, Huawei telefonlarında android sistemlərinin ABŞ-a bağlı olan şirkətlər tərəfindən yenilənməsinə icazə verir. Buna baxmayaraq, Huawei yeni məhsul istehsal etmək üçün lisenziyası olmadan ABŞ istehsalı olan məhsul ala bilməyəcək. ABŞ ticarət naziri Vilbur Ross Reuters agentliyinə verdiyi açıqlamada, həmin 90 gün ərzində Huawei texnologiyasına əsaslanan digər şirlətlərə də bəzi razılıqlar verəcəyini bildirib.