ABŞ-ın Apple şirkəti iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max​ modellərini təqdim edib.

İqtisadiyyat.Az "Marja"ya istinadla xəbər verir ki,  iPhone 11-in qiyməti 699 dollardan,  iPhone 11 Pro 999 dollardan, iPhone 11 Pro Max isə 1099 dollardan başlayır. Bu gözlənilən qiymətlərdən aşağıdır.

iPhone 11 digər modellər ilə müqayisədə ən sürətli prosessora malikdir. Telefon 1 saat daha çox batareya müddəti təqdim edir. 

iPhone 11 Pro və  iPhone 11 Pro Max modelləri 12MP 3 arxa kameraya malikdirlər. 

iPhone 11 modelləri 5.8 düyüm və 6.5 düyüm ekran ilə təchiz olunurlar.

Modellərin satışına 20 sentyabrdan başlanacaq.

marja1568176245i2.png

marja1568176245i3.png

marja1568176245i4.jpg

marja1568176245i5.jpg

marja1568176245i6.jpg

marja1568176245i7.jpg

marja1568176245i8.jpg