İlin ən yaxşı smartfonlarının adları açıqlanıb.

İqtisadiyyat.Az xəbər verir ki, Rusiya keyfiyyət sistemi və Beynəlxalq İstehlak Tədqiqatları Assosiasiyasının tərtib etdiyi reytinqə 'Samsung Galaxy Note 9' və 'S8' başçılıq edir. Adı çəkilən cihazlar ötən il də ilk beşlikdə olub.

İkinci və üçüncü yerləri isə 'iPhone XS' və 'iPhone XS Max' bölüşür. Ekspertlərin fikrincə, 'Apple' smartfonları çəkiliş keyfiyyətinə, 'Samsung' flaqmanı isə səs keyfiyyətinə görə seçilir.