“Delta Telekom LTD” MMM istifadəçilərə göstərilən internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və qiymətlərin hər bir şəxs üçün əlçatan olmasının təmin edilməsi üçün müxtəlif kampaniyaların keçirilməsini planlaşdırır. 

Qurumdan Modern.az-a bildirilib ki, Heydər Əliyevin doğum günü ərəfəsində, 10 may 2019-cu il tarixindən başlayaraq provayderlərə təmin olunan internetin qiymətində təxminən  70%-ə qədər endirim olunacaq.

“Endirim qiymətlərindən istifadə etmək istəyən provayderlər satdığı internetin keyfiyyətinin yüksək səviyyədə olması və son istifadəçiyə  qiymətlərdə endirim etməsi öhdəliyini götürməlidir

Maraqlı olan provayderlər, endirim paketi haqda ətraflı məlumat almaq üçün müəssisəmizə müraciət edə bilər.

İnanırıq ki, bu sahədə fəaliyyət göstərən operatorlarla birgə fəaliyyətimiz nəticəsində “Delta Telekom LTD” MMM-in bu addımını hər bir istifadəçi öz evində və mobil telefonunda hiss edəcək”.