Yaponiyanın 2025-ci ildə büdcə kəsiri ən azı 7,5 milyard dollar olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti yanında İqtisadi və Maliyyə Məsələləri üzrə Məşvərət Şurasının hesabatında deyilir.

Məlumata görə, Yaponiya hökuməti hələ ki, ölkənin dövlət və yerli büdcələrini profisitə çatdıra bilmir. Bildirilib ki, 2026-cı maliyyə ilində dövlət və yerli büdcələr profisit verə bilər.

"Yığılan vergilərin həcminin artması ilə əlaqədar büdcə kəsirinin həcmi azalır. Bununla belə, ümumi daxili məhsulun illik artım tempi 2,8% və ya daha yüksək olsa belə, kəsir azalmayacaq”, - sənəddə deyilir.

 

Gözəl Həşimova