Yaponiya hökuməti birbaşa və Dünya Bankı vasitəsilə Ukraynaya 4,5 milyard dollar məbləğində yardım göstərəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kisida "G7" liderləri ilə onlayn danışıqlarda bildirib.

Məlumata görə, Yaponiya bərpa və yenidənqurma, habelə humanitar yardım da daxil olmaqla 1 milyard dollar məbləğində əlavə dəstək verməyə qərar verib. Bununla da Yaponiya Ukraynaya ümumilikdə 4,5 milyard dollar yardım göstərməyə hazır olduğunu bildirib.

Ölkə daha əvvəl Ukraynaya 7,6 milyard dollardan çox humanitar, ərzaq, maliyyə və digər yardımlar göstərib.

 

Gözəl Həşimova