Yaponiya iqtisadiyyatı bu ilin üçüncü rübündə illik müqayisədə 2,9% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiya hökuməti məlumat yayıb.

Məlumata görə, bu dövrdə müəssisələr xərclərini kəskin şəkildə azaldıblar. Beləliklə, kapital qoyuluşları üçün vəsaitlərin ayrılması 4% azalıb. Ölkədə istehlak xərcləri də 0,2% azalıb.

Bundan əlavə, Yaponiyada maaşlar ilin əvvəlindən bəri orta hesabla 1,5% artıb.

 

Gözəl Həşimova