Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynanın gələn il xarici maliyyə ehtiyaclarını təqribən 42 milyard dollar səviyyəsində qiymətləndirir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BVF-nin Kommunikasiyalar Departamentinin direktoru Julie Kozak bildirib.

Məlumata görə, bu məbləğə ABŞ və "G7"nin digər üzvləri, eləcə də beynəlxalq maliyyə institutlarının yardımı daxildir. Bildirilib ki, Ukraynanın fiskal və xarici sabitlik yoluna qaytarması üçün maliyyəyə ehtiyacı var.

Ukrayna maliyyə naziri Sergey Marçenkonun sözlərinə görə, müttəfiqlərin köməyi olmadan ölkə büdcəsində 29 milyard dollar kəsr yaranır.

 

Gözəl Həşimova