Səhiyyə Nazirliyinin balansında olan Bakı şəhəri 4 nömrəli Uşaq Vərəm Sanatoriyasının köhnə binasının söküntüsünə başlanılır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, onun ərazisində 100 çarpayılıq Birləşmiş Şəhər Xəstəxanası inşa ediləcək.

Artıq yaxın vaxtda yeni inşaat işlərinin layihə-smeta sənədləri hazırlanacaq.

Söküntü və tikinti işlərini "Hinal Proje" şirkəti həyata keçirəcək.