Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) tərəfindən şəhid ailələri və qazilərin kreditlərinin bağlanmasına sərf olunan vəsait açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov Fondun 3 illik hesabatına dair brifinqdə çıxışı zamanı deyib.

O deyib ki, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 7 011 408.82 AZN təşkil edir: "İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 300 müraciət təmin edilib.Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 AZN borc ləğv edilib".
 

Sadiq Cavadov