Rusiya prezidenti Vladimir Putin gələn il üçün Rusiya büdcəsini təsdiqləyib.

İqtisadiyyat.az "UNİAN"a istinadən xəbər verir ki, gələn il Rusiyanın xərcləri 412,5 milyard dollar, büdcə kəsiri isə 9,5 milyard dollar təşkil edəcək.

Məlumata görə, Rusiya hakimiyyəti müdafiə və hüquq-mühafizə orqanlarına təxminən 157,5 milyard dollar xərcləməyi planlaşdırır ki, bu da federal hökumətin bütün xərclərinin 39%-ni təşkil edir.

Analitiklərin fikrincə, bu il Rusiya Maliyyə Nazirliyi müdafiəyə 72,1 milyard dollar ayırıb.

 

Gözəl Həşimova