Təmiz enerjiyə keçid tempi davam edərsə, 2024-cü ilə qədər qlobal istixana qazı emissiyalarının azalacağı proqnozlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qlobal iqlim elmi və siyasət institutu Climate Analytics tərəfindən aparılan təhlildə deyilir.

Məlumata əsasən, külək və günəş enerjisindəki son artım enerji tələbinin artmasının qarşısını ala və qalıq yanacaqları sistemdən kənarlaşdıra bilər.

Beləliklə, bu il qlobal istixana qazı emissiyalarının pik həddə çatma ehtimalı 70% olsa da, emissiyaların 2024-cü ilə qədər azala biləcəyi proqnozlaşdırılır.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinə (IPCC) görə, qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün istixana qazı emissiyaları ən geci 2025-ci ilə qədər pik həddə çatmalıdır.

Temperatur artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılması dünyanın bərpa olunan enerji potensialının üç dəfə artırılmasını, enerji səmərəliliyində irəliləyişin 2 dəfə artırılmasını və 2030-cu ilə qədər qalıq yanacaq istifadəsinin 40% azaldılmasını tələb edir.

 

Gözəl Həşimova