Ənənəvi olaraq əlverişsiz və gözlənilməz hadisələr zamanı qoruyucu aktiv hesab edilən qızılın qiyməti bu gün bir unsiya üçün 2013,1 dollara yüksəlib.

Bu barədə İqtisadiyyat.az "Financial Times"a istinadən xəbər verir.

Məlumata görə, qızılın qiyməti bu ayın əvvəlindən bəri 1,5% bahalaşıb. Bununla da qızılın qiyməti son 6 ayın ən yüksək səviyyəsinə çatıb.

Analitiklər qiymətli metalın bahalaşmasını dolların zəifləməsi və investorların ABŞ Federal Ehtiyat Sisteminin (FES) pul siyasətini sərtləşdirməyəcəyinə dair inamı ilə əlaqələndirirlər.

 

Gözəl Həşimova