İşğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xətt yaradılır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

Belə ki, Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə informasiya sisteminin, proqram təminatının və xüsusi qaynar xəttin yaradılması işlərini "AİSTGROUP" şirkətinə həvalə edib.

Sözügedən işlərin hazırlanması 192.930 manata başa gələcək.