2024-cü il yanvarın 15-dən növbədənkənar Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əskini tapıb.

Qeyd edilib ki, proses fevralın 6-sı saat 8.00-da dayandırılacaq.