Özbəkistan və Səudiyyə Ərəbistanı 12 milyard dollar dəyərində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə dair bir sıra sazişlər imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının nümayəndə heyətinin hazırkı səfəri çərçivəsində kimya, energetika, kənd təsərrüfatı, əczaçılıq, informasiya texnologiyaları və infrastrukturun inkişafı sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə dair 12 milyard dollarlıq sazişlər imzalanıb.

 

Gözəl Həşimova