Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1837,1 milyon manatlıq məhsul istehsal edilib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komistəsinin hesabatına istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 19,8%, kimya sənayesi məhsullarının istehsalı 8,1%, əczaçılıq məhsullarının istehsalı isə 4,6 % artıb.

 

Gözəl Həşimova