Litva hökuməti taxıl ixracının maliyyələşdirilməsi üçün Ukraynaya 2 milyon avro verilməsini təsdiqləyib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə hökumət öz iclasında qərar qəbul edib.

Məlumata görə, Ukrayna taxıl təşəbbüsü qlobal ərzaq bazarında müharibənin mənfi nəticələrinin yumşaldılmasında mühüm rol oynayır.

Xatırladaq ki, taxıl müqaviləsi iyulun 17-də dayandırılıb.

 

Gözəl Həşimova