"Fitch" beynəlxalq reytinq agentliyi Ukraynanın suveren kredit reytinqini “CC” səviyyəsində təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Agentliyin hesabatında qeyd edilib ki, bu qiymətləndirməni formalaşdıran əsas amil Rusiya ilə müharibənin davam etməsidir. Məlumata görə, müharibə ölkənin kredit cəlbediciliyini azaldır. 

"Fitch" hesab edir ki, Ukrayna əks-hücum əməliyyatında ciddi uğur qazanmayıb və buna görə də hərbi əməliyyatlar 2024-cü il ərzində davam edəcək.

Digər amillərə ilk növbədə ABŞ və Avropa İttifaqından gələn xarici yardımın davamı ilə bağlı qeyri-müəyyənlik, dövlət büdcəsinin kəsiri və yüksək dövlət borcu daxildir.

 

Gözəl Həşimova