Azərbaycana bu ilin yanvar-oktyabr aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 482,2 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,8 % azalıb.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,40 %-ni təşkil edib.

Əlavə edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycan 543  milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

 

Gözəl Həşimova