Azərbaycanın bir sıra ərazilərində salınmış məcburi köçkün qəsəbələrindəki fərdi yaşayış evləri və mənzillər təmir olunacaq.

Bu barədə İqtisadiyyat.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən məlumat əldə edib.

Belə ki, təmir işləri Bakı şəhəri, Biləsuvar və Şabran rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri və mənzilləri əhatə edəcək.

Xatırladaq ki, daha əvvəl verdiyimiz məlumata əsasən, Abşeron, Saatlı, Füzuli, Biləsuvar, Goranboy, Füzuli, Göyçay və Qəbələ rayonlarında salınmış məcburi köçkün qəsəbələrindəki fərdi yaşayış evləri və mənzilləri də təmir olunacaq.