Belarusun bu ay qızıl-valyuta ehtiyatları 108,7 milyon dollar artaraq 8,26 milyard dollara çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belarus Milli Bankı məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin martından bəri ən yüksək səviyyədir. Ümumillikdə bu ilin əvvəlindən bəri ölkənin qızıl-valyuta ehtiyatları 326,1 milyon dollar artıb.

Bildirilib ki, Milli Bank bu ilin sonunda qızıl-valyuta ehtiyatlarının ən azı 6 milyard dollar səviyyəsində saxlamağı qarşısına məqsəd qoyub.

 

Gözəl Həşimova